
Yeni məhsulları bazara tanıtmaq rəqəmsal olmaqdan keçir.
Bir neçə il öncə satışları həyata keçirmək üçün bir qayda olaraq ənənəvi kanallardan istifadə edilirdi. Məhsul barədə müxtəlif vasitələrlə müştəriləri məlumatlandırmalı, onları alış etməyə istiqamətləndirmək lazım idi. Bunu üçün ənənəvi vasitələr olan buklet, TV reklam, radio, promo aksiyalar və s. mövcuddur. Lakin, bu gün satışın tamam yeni veb forması formalaşmaqdadır ki, tezliklə ölkəmizdə də bu satış metodları sayəsində bir çox yeni şirkətlər yaranaraq illərlə formalaşmış şirkətlərə meydan oxuya biləcəkdir.
Rəqəmsal Marketinqin satışda rolu.
Bütün dünyada olduğu kimi bizdə də satşın onlayn kanallarla formalşdırılmasına və reklamına ilk əvvəl skeptik yanaşırdılar. Lakin günü-gündən İnstagram, Facebook və digər internet kanalları üzərindən satışlarını artıran xırda şirkətləri gördükcə artıq böyük şirkətlərdə bunun ciddiliyini anlamağa başlayıblar. Reklamın yayılma forması da buna uyğun dəyişməkdədir.
Rəqəmsal reklam Ənənəvi reklamı üstələyir
Hazırda reklamlar Tv, radio, çap məhsulları və rəqəmsal üsüllarla yayılmaqdadır. Reklam o yerlərdə vüsət alır ki, orada insan toplusu kifayət qədərdir. Reklam vericilər isə insanlar hara toplaşırsa orda da reklamlarını verirlər və potensial müştərilər əldə edirlər. Dünənə qədər insanlar daha çox televiziya qarşısında toplanar, radioya qulaq asar və yaxud qəzet oxuyardılar. İnternetin imkanları genişləndikcə gündəlik həyatımıza da təsirsiz ötüşmür. Artıq demək olar ki, hamı metroda, evdə və yaxud işdə olarkən azacıq vaxt tapan kimi telefondan hansısa xəbər saytını oxuyur, videoya baxır, yaxud da sosial şəbəkələrə daxil olurlar. Reklamçılar da bilirlər ki, insanlar artıq internetin imkanlarından daha çox yararlanırlar və orada asudə vaxtlarını keçirirlər. Ona görə də bütün mümkün vasitələrlə bu auditoriyanı əldə etmək üçün metodlar fikirləşirlər.
Niyə veb saytlar bü gün ölkədə satış standardlarına cavab vermir ?
İstər məhsul istehsal edənlər, yaxud da ximət göstərənlər olsun, hər bir kəsin məqsədi satış etməkdir. Satışı veb saytlar və sosial şəbəkələr üzərindən etmək üçün əvvəlcə şirkətlərin veb saytları normalara uyğunlaşdırılmalıdır.
Gəlin təsəvvür edək ki, siz hər hansısa bir məhsulu (məs, kimyəvi təmizləmə) sosial şəbəkələr üzərindən reklam edirsiz. Maraqlı şəxs sosial şəbəkədə reklamı görür və üzərinə tıkladıqdan sonra ən yaxşı halda sizin veb saytınıza (əgər varsa) daxil olacaqdır. Əvvəla onu deyək ki, Veb sayta daxil olmaq satış etmək demək deyil. Veb sayta daxil olan istifadəçi sonradan alıcıya çevrilmirsə reklama xərclədiyiniz pulun geri dönüşü azalır.
İstifadəçini necə potensial alıcıya çevirmək olar ?
İstifadəçini potensial alıcıya çevirməyə indiki “Googlinq” zəmanəsində “leads generation” deyirlər. Leads yaratmaq üçün veb saytda optimizasiya işləri aparmaq lazımdır. Artıq 2018-ci ildə veb saytlar sadəcə informativ xarakter daşımırlar. İndi veb saytlar satışın izlənilməsi, leads yaradaraq istifadəçiləri alıcıya çevirmə funksiyaları da daşıyır. Veb saytların içərisində sorğu (telefon, email) yerləşdirməklə istifadəçiləri daxil olduqdan sonra ümumi sayta deyil hər bir yerləşdirilmiş xidmətə və məhsula istiqamətləndirmək olur. Yuxarıdakı misalda kimyəvi təmizləmə məhsulu üzərinə reklama tıklayan şəxs saytınıza daxil olduqdan sonra sırf həmin xidmət üzrə sorğuya rast gəlir. Maraqlı olan şəxs sorğunun doldurub göndər düyməsini sıxır və onun məlumatları bir neçə saniyədən donra sizin telefonunuzda olur. Siz isə vaxtı itirmədən potensial müştəriyə zəng edərək onu alıcıya çevirməyə çalışırsız.
Bu gün ölkədəki veb saytların 95 %-i satış yönümlü deyildir. İnfrormativ formada yığılan bu veb sayt sahibləri internetin imkanlarından istifadə edərək reklam edərkən problemlərlə üzləşirlər. Google ads, İnstagram və Facebook üzərindən reklam etsələr də satışların analitikasını apara bilmirlər. Konversiya imkanları veb saytda olmadığı üçün veb sayta nə qədər istifadəçinin yönləndiyi barədə, hansı istifadəçilər potensial alıcıdır və s barədə məlumat əldə edə bilmirlər ki, bu da satışların yenidən optimallaşdırılmasında maneələr yaradır.
Yeni brendini tanıtmaq, satışını artırmaq və satışların mənbəyini izləmək üçün veb saytlar müasir reklamın və rəqəmsal bazarın tələblərinə cavab verməlidir. Düşünürük ki, qısa zamanda veb saytlarını optimizasiya edən və reklamın bu formasından istifadə edən sahibkarlar yaxın gələcəkdə bazarda əsas pay sahibləri olacaqlar.
Leave a Reply