Müştərilərimiz üçün Real Nəticələr əldə edirik.

Komandamız

Burada, Jugaad-da biz texniki imkanlarımızın, müştəriyə fokuslanmanın, rəqəmsal strategiyanın və analitiklərin düzgün vəhdətinə malik olduqca çoşqunuq. Bu, müştərilərimizin biznesinin inkişafına kömək etmək üçün dəstək, xidmət və nəticələr əldə etməsini təmin edir. Bizim missiyamız Azərbaycanın aparıcı rəqəmsal marketinq provayderi olmaqdır. Ekspert qrupundan, özünü doğrultmuş sistemlərdən və nümayiş etdirilən nəticələrdən yararlanaraq rəqəmsal marketinq dünyasında biznes üçün ən etibarlı və şəffaf təcrübələri inkişaf etdirməyə çalışırıq.

parviz

PƏRVİZ AZƏRELLİ
JUGAAD- CEO (FOUNDER)

Jugaad şirkətinin yaradıcısı kimi, Pərviz Azərelli artıq 10 ildir ki, rəqəmsal marketinq, marketinq strategiyaları, liderşip, satış konsultasiyaları və menecment təcrübəsinə malikdir. Pərviz bütün ölçülərdə olan bizneslərə kömək etməkdən, satış və marketinq məqsədlərinə çatmasında pay sahibi olmasından çox məmnundur.

parviz

ELÇİN YUSUBOV
JUGAAD – BAŞ MENECER

Jugaad şirkətinin baş meneceri 8 ildən artlıqdır ki, rəqəmsal sistemlərin inkişaf etdirilməsi, İT Marketinqi sahəsində təcrübəyə malikdir. Azərbaycanda bir çox sektorlarda fəaliyyət göstərmişdir. Rəqəmsal marketinq sahəsində Bangalore (Hindistan) şəhərində sertifikat almış mütəxəssis kimi kreativ ideyaları ilə bizneslərə kömək etməkdən, onların sürətinin və miqyasının artırlmasını təmin etməkdən qürur duyur.

parviz

BARAT GUBATOV
JUGAAD – RƏQƏMSAL STRATEQ

Baxmayaraq ki, Baratın 28 yaşı var, bu illər ərzində çox geniş təcrübə qazanmışdır. Rəqəmsal marketinqin sürətlə yayıldığı bir dövrdə bu sahə ilə yaxından maraqlanan yeni nəslin nümayəndəsi kimi bir çox yenilikləri, sosial şəbəkələr və google ads-lə bağlı ilk tətbiqləri edən cavanlardan biridir. Barat kontentin hazırlanması və hesabların idarə edilməsində çox yaxşı strateqdir. Həmçinin Baratın Business/Marketing sahəsində bakalavr dərəcəsi var.

parviz

GÜNAY CƏFƏRLİ
JUGAAD – SOSİAL MEDİA MENECERİ

Günay sosial media mütəxəssisi olaraq artıq 3 ildir ki, facebook, İnstagram və Linkedln marketinqi sahəsində çalışır. Karyerası boyunca bir çox kiçik və böyük şirkətlərin SMM-lərini aparmışdır. Günay sosial strategiya, kontentin hazırlanması və lead yaratma sahəsində ixtisaslaşmışdır.

parviz

MƏHƏMMƏD
VEB PROQRAMÇI

Məhəmməd proqramlaşdırma işlərinə universal şəkildə yanaşır. Onun hər hansı bir yaza bilmədiyi veb script-ləri demək olar ki, yoxdur. Daim üzərində işləyərək yeni sahələrin tətbiqində çalışır və yaratdığı səhifələrin idarəetməsini məsuliyyətli şəkildə həyata keçirdir. Html5, WordPress və s kimi platformalarda yaratdığı işlər müştərilərimizə leads və gəlir gətirir.